24 sentyabr 2020 23:39
749

Metrostansiyaları yağış suları basdı - VİDEO

İspaniyanın paytaxtı Madriddə güclü yağışlar metronun işində fasilələrə səbəb olub.

"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, səhər saatlarında yağan leysan yağışları nəticəsində şəhərin mərkəzindəkilər də daxil olmaqla, beş metro xəttində bir neçə stansiya su ilə dolub.

Bildirilir ki, təbii fəlakət şəhərətrafı qatarların fəaliyyətinə də təsirsiz ötüşməyib.