10 iyul 2019 20:19
1034

Meyvə və tərəvəzlərin faydalarını artırmaq üçün...

Aparılan müasir tətqiqatlara görə? meyvə və tərəvəzlər yarım əsr əvvəllə müqayisədə daha az faydalı hesab olunurlar. 1 portağaldan əldə olunan A vitaminini müasir dövrün insanı 8 ədəd yeməklə əldə edə bilər. Bu da onu göstərir ki, meyvə və tərəvəzlərin faydalarını artırmaq üçün daha çox miqdarda qəbul etmək lazımdır.

Qablaşdırılmış halda satılan təzə dərilmiş tərəvəz həmişə təmiz olmur. Qablaşdırılmış tərəvəzlər və təzə dərilmiş məhsullar hər şeydən qabaq yuyulma prosesindən keçməlidir. Görəsən? qablaşdırılmış məhsullar həqiqətən yuyulurmu? Kaliforniya Universitetinin apardığı tədqiqatlar göstərir ki, bəzi göyərtilər? məsələn ispanaq? yuyulmasına baxmayaraq, çox sayda kiçik bakteriyaları üzərində saxlayır. Ən yaxşısı yaranan vəziyyətdən asılı olmayaraq, həmin meyvə və tərəvəzlərin istifadədən əvvəl təkrar yuyulmasıdır.

Qəhvə dənələri çeynəmək pis qoxunu aradan qaldırmağa kömək edə bilər. Qovrulmuş qəhvəni çeynəmək sarımsaq və ya soğan qoxusunu aradan götürmək üçün əla vasitə hesab olunur. Nəfəsi təmizləmək üçün digər yaxşı vasitələrdən biri də cəfəri və ya nanə yarpağını çeynəməkdir. İsrailli alimlər belə hesab edirlər ki? qəhvə içmək ağız boşluğunda pis qoxuya səbəb olan bakteriyaları məhv etmək üçün əvəzolunmaz vasitədir. Bu zaman acı qəhvə ən yaxşısı hesab olunur.

Araşdırmalar göstərir ki? şokolad meyvə qədər xeyirlidir. Nardan hazırlanan meyvə şirəsi ilə tünd şokoladı müqayisə edən alimlər sübut ediblər ki, qara şokolad xəstəliklərlə mübarizədə nar şirəsindən daha xeyirlidir. Buna səbəb şokoladın antioksidantlar ilə zəngin olmasıdır. Maksimum faydasını görmək üçün, südlü şokolad əvəzinə tünd şokoladı seçmək məsləhətdir. Südlü şokoladda əlavə şəkər olduğuna görə, faydaları daha az hesab olunur.

Şokolad məhsulları azalır.

Dünyada şokolada olan təlabat durmadan artır. Bu da öz növbəsində kakaonun qiymətinin artmağına gətirib çıxarır. Məhz buna görə də istehsalçılar sevdiyimiz şokalad məhsullarının qiymətini artırıb həcmini kiçildirlər.

realbuzz.com

Leyla Şıxəli

Fidan Əlizadə