04 iyun 2020 15:51
1076

Məzahir Əfəndiyev: Vətəndaşların sağlamlığının qorunması əsas məsələdir

“COVID-19” pandemiyanın yayılmasının qarşısının alınması məqsədi ilə ölkə başçısı İlham Əliyevin ardıcıl tapşırıqları, hökumətin qəbul etdiyi qərarlar, əhalinin “Biz Birlikdə Güclüyük!” çağırışına qoşulması, vəziyyəti tam nəzarət altında saxlamaq mümkün olmuşdur. Xüsusi ilə karantin rejiminin tətbiqi, mütəxəssislər tərəfindən vəziyyətə dair mütəmadi qaydaların hazırlanması, Azərbaycanda daha çox insanın bu virusa yoluxmasının qarşısını almışdır. Lakin, son həftə ərzində 1000-ə yaxın vətəndaşda koronavirusun aşkarlanması, 70 nəfərin ölüm faktının qeydə alınması, karantin rejiminin yenidən sərtləşdirilməsini zəruri edib.”

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

M.Əfəndiyev qeyd edib ki, hazırlanmış yeni qərara əsasən həftə sonunu tam qapanma qərara alınmış və vətəndaşların sağlamlığının qorunması naminə bu qərara tam ciddiliyi ilə əməl olunmasının vacibliyi qeyd olunub: “Cənab Prezident İlham Əliyevin iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır və sağlamlığımızı qorumaqla digərlərinin də yoluxmasının qarşısının alınmasında məsuliyyətli olmalıyıq. Ölkəmizdə maskaların və tibbi spirtin, habelə ərzaq ehtiyyatının kifayət qədər olması, vəziyyətin tam hökümət tərəfindən idarə olunması, vətəndaşlarımızda heç bir narahatçılığa əsas olmadığını bir daha vurğulayıram.”

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Azərbaycan vətəndaşlarına, bir daha müraciət edərək həftə sonları evdən çölə çıxmamalarını tövsiyə edib.

Orxan Vahidoğlu, “İki sahil”