10 fevral 2020 13:19
692

"Microsoft"un sahibi 112 metrlik yaxta aldı - FOTO

ABŞ-ın “Microsoft” şirkətinin prezidenti Bil Qeyts maye hidrogenlə işləyən super yaxta alıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, yaxtanın qiyməti təxminən 645 milyon ABŞ dollarıdır. 

Uzunluğu 112 metr olan yaxtanın 14 qonaq və gimnastika-yoqa studiyası, fərdi qulluq və masaj otaqları, hovuzu var. 31 nəfərlik heyətin idarə edəcəyi “Aqua” adlı yaxta 2024-cü ildə suya endiriləcək.