05 fevral 2019 11:00
379

Mikrodalğalı soba təhlükəlidirmi?..

Mikrodalğalı sobalar digər müasir avadanlıqlar kimi bilərəkdən kəşf olunmayıb. Bir çoxları hesab edir ki, mikrodalğalı sobalarda məhsulun  qızdırılması prosesi atom və molekulyar səviyyədə baş verir. Məsələn, belə sobada çörək isidən zaman o rezin kimi bərk ola bilər. Lakin çörəyin konsistensiyasının dəyişilmə səbəbi yetəri qədər  sadədir.

Məsələ ondadır ki,  insanlar məlumatsızlıqdan mikrodalğalı sobalardan istifadə etməyə qorxurlar. Bu, tamamilə təbii reaksiyadır, çünki məlumatsız olmaq  qorxu doğurur. Mikrodalğaların təsir mexanizmini bilən adam o dəqiqə başa düşür ki, mikrodalğalı sobalar yeməklərin molekulyar və atomik strukturunda heç bir əməliyyat aparmır, vitaminləri məhv etmir, məhsulu zərərli etmir.

İkinci Dünya müharibəsi zamanı amerikalı mühəndis Persi Spenser radarların hazırlanması üzərində işlər aparıb və əlaqə üçün mikrodalğalı şüalanma üzərində eksperiment həyata keçirib. Tədqiqat zamanı Spenserin  mikrodalğalı şüaların  olduğu sahədə yerləşdirdiyi şokoladı əriməyə başlayıb.

Sonrakı eksperimentlər göstərib ki, mikrodalğalı şüalanmanın təsirindən su molekulları yüksək tezliklə titrəməyə başlayıb. Hansısa bir qidanı mikrodalğalı sahəyə qoyduğumuz zaman onun içərisində olan su molekulları titrəyərək sürtünmə yaradır və nəticədə isinmə prosesi gedir.

Əgər tərkibində su molekulu olmayan hansısa bir  vasitəni qızdırsaq, belə bir maddə qızmayacaq. Məhz elə buna görə, boşqabda peçə qoyulan qida qızır, lakin boşqab qızmır.  Mikrodalğalı sobadan çıxardığımız boşqabın isti olma səbəbi isə onun içərisində isti yeməyin olmasıdır. Yaxşı olardı ki, quru qidaları kağız parçası üzərində qızdırasınız, çünki mikrodalğalar heç bir şəkildə kağıza təsir etmir.