08 oktyabr 2019 21:30
107

“Milan” baş məşqçisi Marko Campaolo ilə yollarını ayırıb

İtaliyanın “Milan” futbol klubu baş məşqçi Marko Campaolo ilə yollarını ayırıb.

52 yaşlı italiyalı mütəxəssisi həmyerlisi Stefani Pioli əvəzləyib.

Qeyd edək ki, Marko Campaolo “Milan”ın sükanı arxasına cari ilin iyununda keçib. Stefano Pioli isə son olaraq “Fiorentina” komandasını çalışdırıb.