15 avqust 2020 12:09
1048

"Milan" Beqoviçi buraxmaq istəmir

İtaliyanın "Milan" klubu icarə əsasında komandada çıxış etmiş İngiltərə "Bornmut"unun qapıçısı Asmir Beqoviçi buraxmaq istəmir. 

"Report" "Reprezentacija" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı qolkiper "Milan"da əsas heyətə düşə bilməsə də, klub onu saxlamaq niyyətindədir. 

İtaliya təmsilçisi bu dəfə Beqoviçi müqavilə ilə "Bornmut"dan almağı düşünür. 

Qeyd edək ki, Türkiyə mətbuatı Asmir Beqoviçin "Fənərbağça" ilə razılıq əldə etdiyini yazıb. Bosniya və Herseqovina millisinin üzvü 2019/2020 mövsümünün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib. O, qış transfer dönəmində eyni statusla "Milan"ına keçib. Beqoviçin klubu ilə sözləşməsi 2021-ci ilin yayında başa çatır.