21 yanvar 2021 16:52
658

"Milan" futbolçusunu icarəyə göndərdi

“Milan” futbolçusu Andrea Kontini icarəyə göndərib.

"İki sahil" xəbər verir ki, 26 yaşlı müdafiəçi karyerasını “Parma”da davam etdirəcək. Bu barədə “Parma”nın rəsmi saytı məlumat yayıb. İtaliyalı oyunçu ilə 2025-ci ilədək müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, Konti bu mövsüm A seriyasında cəmi 3 matça çıxıb.