02 iyul 2020 12:28
924

“Milan” son dəqiqədə bir xal qazandı

İtalya A seriyasının 29–cu turunda “Milan” “Spal” klubunun qonağı olub. “İki sahil” xəbər verir ki, oyuna sürətli başlayan ev sahibləri Valoti ilə 1-0 önə keçib. 30-cu dəqiqədə “Spal” Floccari ilə fərqi 2-yə çatdırıb.

1-ci hissə “Spal”ın 2-0 üstünlüyü ilə başa çatsa da, “Milan” 79-cu dəqiqədə Leao ilə hesab arasındakı fərqi azaldıb. 90+4-cü dəqiqədə isə “Spal”dan Vicarinin öz qapısına vurduğu qolla hesabı bərabərləşdirib – 2-2. Oyun bu hesabla başa çatıb.

Xallarının sayını 73-ə yüksəldən “Milan” 7-ci pillədə qərarlaşıb.

“İki sahil”