23 iyun 2020 17:19
550

“Milan”ın sabiq hücumçusu dünyasini dəyişdi

İtaliyanın “Milan” klubunun sabiq futbolçusu Pyerino Prati vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə kulubun rəsmi saytı məlumat yayıb. Keçmiş hücumçu 73 yaşında dünyasını dəyişib.

Prati “Milan” tarixində ən çox qol vuran hücumçulardan idi – 102 qol.

İtaliya milli komandasında da çıxış edən Prati “Milan”dan başqa, “Fiorentina” və “Roma” kimi klublarda da forma geyinib.

"İki sahil"