25 yanvar 2019 13:24
198

Milli Məclisin iki komitəsinə yeni sədr müavinləri seçilir

Milli Məclisin qərarına əsasən, deputat Məlahət İbrahimqızının Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə, deputat Şahin İşmayılovun isə Gənclər və idman komitəsinə sədr müavini kimi namizədliyi irəli sürülüb..

Milli Məclisin qərarı təsdiq edilmək üçün fevralın 1-də keçiriləcək plenar iclasın gündəliyinə daxil edilib.