02 iyun 2020 18:45
920

Milli Məclisin növbədənkənar iclasının gündəliyi məlum oldu

Milli Məclisin iyunun 5-də keçiriləcək növbədənkənar iclasının gündəliyi məlum olub. “İki sahil” APA-ya istinadən bildirir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır:

- "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin ediliməsi haqqında";

 -  "Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə" qanun layihəsi (birinci oxunuş);

 - "Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikası qanununda dəyişiklik ediləməsi barədə" qanun layihəsi (birinci oxunuş);

 - "Azərbaycan Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi (birinci oxunuş).