01 iyun 2020 13:18
650

Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası keçirilir

İyunun 1-də Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclası parlamentin Sədri Sahibə Qafarova açıb.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

İclasın gündəliyinə 1 məsələ daxil edilib. Deputatlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini ikinci oxunuşda nəzərdən keçirəcəklər.