17 mart 2020 12:29
930

Milli Məclisin növbəti plenar iclası keçirilir

Martın 17-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclası Milli Məclisin Sədri Sahibə Qafarova açaraq gündəliyi təqdim edib.

Gündəliyə dörd məsələ daxildir.

İclasda Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət məcəllələrində, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında", “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirəyə çıxarılıb.