06 fevral 2019 11:01
228

Milli Məclisin vitse-spikeri İstanbula gedib

Milli Məclisin sədr müavini Valeh Ələsgərov 22-ci Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfərə gedib.

Milli Məclisdən verilən məlumata görə, Mərmərə Strateji və Sosial Araşdırmalar Mərkəzi tərəfindən keçirilən tədbirdə texnologiyaların inkişafı və insanların gələcəyi, süni zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, globallaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular müzakirə olunacaq.

Vitse-spiker Valeh Ələsgərov müzakirəyə çıxarılan məsələlər barədə öz fikirləri açıqlayacaq, təkliflərini verəcək.

Səfər fevralın 7-də başa çatacaq.