07 oktyabr 2019 11:50
99

Millimiz 3 medal qazanıb - FOTO

Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) qızıl, Nuranə Əliyeva (-50 kq) isə bürünc mükafata sahib olub.

Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmovun “İki sahil”ə verdiyi məlumata görə, meqasport Arena kompleksində Karate1 Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi iştirak edib. Bu nəticə ilə Azərbaycan 3-cü yeri tutub.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib. Beynəlxalq hakimlərimiz Cahangir Babayevlə Anar Abdullayev final görüşləri ilə birgə, digər məsul qarşılaşmaları idarə edən hakimlər arasında olublar.

Mükafat qazanan, eləcə də medallardan kənar qalan idmançılarımızın çıxışlarından nəticələri təqdim edirik: 

-75 kq, əvvəlki döyüşləri

Rafael Ağayev

1. R.Ağayev - Yassin Sekuri (Mərakeş) - Qulam Abbas Saadi (Pakistan) 1:0

2. R.Ağayev - Rodriqo İbanez (İspaniya) 1:0

3. R.Ağayev - Matus Lieskovski (Slovakiya) 1:0

Yarımfinal

4. R.Ağayev - Bəhmən Əsgəri (İran) 2:0

Final (bazar günü)

5. R.Ağayev - Yermek Aynəzərov (Qazaxıstan) 1:0

-68 kq, əvvəlki döyüşləri

İrina Zaretska

1. İ.Zaretska - Natalia Spiqolon (Braziliya) 1:0 (ikinci dövrə)

2. İ.Zaretska - Ketrin Pederson (Danimarka) 4:0

3. İ.Zaretska - Linqlinq Tang (Çin) 3:0

Yarımfinal

4. İ.Zaretska - Marina Pakoviç (Monteneqro) 3:0

Final

5. İ.Zaretska - Qonq Li (Çin) 5:0

-50 kq

Nuranə Əliyeva, əvvəlki döyüşləri

1. N.Əliyeva - Endo Çinatsu (Yaponiya) 3:3

2. N.Əliyeva - Lusia Kovaçikova (Slovakiya) 7:2

3. N.Əliyeva - Sara Hubriç (ALmaniya) 1:1

Təsəlliverici görüşlər

4. N.Əliyeva - Çeili Qonsales (Qvatemala) 4:0

5. N.Əliyeva - Pisard May-Li (Fransa) 7:0

Bürünc medal uğrunda görüş

6. N Əliyeva - Miho Miyahara (Yaponiya)  8:8

Yarış günlərində digər idmançılarımızın çıxışlarından nəticələrə də (05 oktyabr və 04 oktyabr) baxa bilərsiniz.