15 oktyabr 2019 10:50
731

Millimiz İsveçrəyə qarşı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Qol.az xəbər verir ki, 2-ci qrupda yer alan Milan Obradoviçin komandası evdə İsveçrə yığması ilə qarşılaşacaq. “Sumqayıt Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.
 
Qeyd edək ki, ilk turda Lixtenşteynə uduzan (0:1) millimiz Slovakiya üzərində qələbə qazansa da (2:1), son iki oyunda Gürcüstana 0:3, Fransaya 0:5 uduzub. 

15 oktyabr
 
20:00. Azərbaycan U-21- İsveçrə U-21
Baş hakim: Novak Simoviç (Serbiya)
“Sumqayıt Arena”