19 noyabr 2019 15:59
800

Millimizin oyunu bu kanalda

Avro-2020-nin seçmə mərhələsinin sonuncu turunda bu gün keçiriləcək Slovakiya - Azərbaycan oyunu canlı yayımlanacaq.

Qol.az-ın xəbər verir ki, matç "CBC Sport" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, Trnava şəhərindəki Anton Malatinskiy stadionunda olacaq görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.