18 aprel 2019 16:46
767

Millinin baş məşqçisi istefa verdi

Şotlandiya milli komandasının baş məşqçisi Aleks Makliş vəzifəsindən ayrılıb.

Qol.az-ın xəbərinə görə, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. 60 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.

Qeyd edək ki, Makliş ötən ilin fevral ayından yığmanı çalışdırırdı. Şotlandiya millisi onun rəhbərliyi altında keçirdiyi 12 oyunda 5 qələbə qazanıb, 7 dəfə isə məğlub olub.