19 yanvar 2021 14:09
569

“Millonarios”un sahibi: Falkaonu transfer etmək arzusundayam

Kolumbiyanın ən böyük klublarından biri olan “Millonarios”un sahibi Qustavo Serpa Radamel Falkaonu transfer etmək istədiklərini söyləyib.

“İki sahil” Türkiyə mətbuatına istinadən  xəbər verir ki, o,  məqsədinin “Millonarios” ilə  Libertadores kubokunu qaldırmaq olduğunu bildirib. Klubun sahibi daha sonra onu bildirb ki, o, həmişə azarkeşlərin istədiyi futbolçuları  almaq istəyib: "Fredy Guarin və Fernando Uribe kimi transferlərlə hədəfimizin nə qədər böyük olduğunu göstərmişik."

Qeyd edək ki, klub Kolumbiyada 15 liqa çempionluğu qazanıb. Komanda son olaraq 2017-ci il bu kubokun sahibi olub.