06 fevral 2019 10:57
102

Milyarder Deyvid Hardinq Kembric Universitetinə ianə edib

Milyarder Deyvid Hardinq Kembric Universitetinə 100 milyon funt bağışlayıb. Vəsait 100-dən çox doktorant və aspirantın təqaüdünü maliyyələşdirəcək və “az təmsil olunan qruplardakı” tələbələrə sərf olunacaq.

Universitetin professoru Tuup hədiyyənin tələbələrin həyatını dəyişdirəcəyini söyləyib: “Bu qeyri-adi səxavətli hədiyyə Kembricə dünyanın aparıcı universitetləri arasında yerini saxlamaqda əvəzsiz kömək edəcək”.

Xatırladaq ki, Kembric Universitetinə ən böyük ianə 2000-ci ildə Bill və Melinda Qeyts Fondu tərəfindən (210 milyon dollar) edilib.