23 yanvar 2021 00:49
705

Milyarder universitetdən qovulan oğlunu necə cəzalandırdı?

Rusiyanın məşhur oliqarxı Aleksey Mordaşovun birinci kurs tələbəsi olan oğlu Nikita Moskva Ali İqtisad Məktəbindən qovulub. 

"İki sahil" xəbər verir ki, 17 milyard sərvəti olan Mordaşovun oğlu dərslərini mütəmadi oxumaması, 10 ballıq test imtahanından 2, 6 bal toplaması səbəbi ilə Ali Məktəbdən kənarlaşdırılıb. Nikita isə atasından gözləmədiyi bir reaksiya ilə qarşılaşıb. Belə ki, oliqarx 19 yaşlı oğlunu hərbi xidmətə yola salıb, onun şirkətdə olan 50 faiz səhmlərini əlindən alaraq böyük oğlu Krillə verib. Qeyd edək ki, "Forbes" jurnalının məlumatına əsasən, Mordaşov Rusiyada ən zəngin olan dördüncü şəxsdir.