25 iyun 2020 11:36
265

Mingəçevirdə 12 nömrəli tam orta məktəb əsaslı təmir ediləcək

Prezident İlham Əliyev “Mingəçevir şəhərində 12 nömrəli tam orta məktəb binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. “İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, Mingəçevir şəhərində 450 şagird yerlik 12 nömrəli tam orta məktəb binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.