16 yanvar 2021 12:24
638

Mingəçevirdə bəzi abonentlərin təbii qaz təchizatında fasilə yaranıb

Mingəçevir şəhərində bəzi abonentlərin təbii qaz təchizatında fasilə yaranıb.
“Azəriqaz” İstehsalat Birliyindən "İki sahil"ə bildirilib ki, yanvarın 16-da səhər saatlarında Mingəçevir şəhərini təbii qazla təmin edən diametri 315 milimetr olan yeraltı polietilen qaz xəttini podratçı tikinti təşkilatlardan biri beton dirək basdırarkən zədələyib. Hazırda bu səbəbdən çox sayda abonentin qaz təchizatında fasilə yaranıb. Müvafiq prosedurlar icra edildikdən sonra qaz təminatının tez bir zamanda bərpasına çalışılır.