22 iyun 2019 20:51
1380

“Minsk 2019”: akrobatika gimnastlarımızdan ikinci medal

İyunun 22-də II Avropa Oyunlarının akrobatika gimnastika yarışında Azərbaycan təmsilçiləri millimizin aktivinə daha bir medal yazdırıblar.

AZƏRTAC xəbər verir ki, “Minsk 2019”da balans hərəkətləri üzrə qarışıq cütlüklərin yarışında mübarizə aparan Ruhidil Qurbanlı - Abdulla Əl-Məşayxi cütlüyü 28,160 xal toplayaraq ikinci Avropa Oyunlarının bürünc medalına sahib olub.

Bu kateqoriyada qızıl medalı Belarus təmsilçiləri – Artur Beliakov və Volna Melnik cütlüyü qazanıb. Belaruslu idmançılar 29,490 xal toplayıblar. Gümüş medala isə 29,230 xal toplayan Viktoriya Aksenova – Kiril Startsev dueti layiq görülüb.

Xatırladaq ki, “Minsk 2019”da komandamızın aktivinə ilk medalı da məhz Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi yazdırıblar. Gimnastlarımız dinamik hərəkətlər üzrə qarışıq cütlüklərin yarışında 28,830 xal toplayaraq gümüş medala layiq görülüblər.