27 sentyabr 2020 19:59
1066

Mirmahmud Fəttayev: Bu günü illərdir gözləyirdik

«Hamımızın gözü cəbhədədir. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs savaşa başlayıb. İşğal altında olan bir neçə kəndin düşməndən boşaldılması, vacib mövqelərin ələ keçirilməsi artıq təmin edilib. Bunlar çoxdan gözlədiyimiz qələbənin ilk müjdələridir. Bu gün ordumuz düşməndən qisas alır. Düşmən layiqli cəzasını alır.  Həlledici döyüşlərdə yüksək döyüş ruhuna malik Ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı düşməndən azad edir. Biz hamımız birik, Ali Baş Komandanın ətrafındayıq. Bu günü illərdir gözləyirdik».

Bu fikirləri "İki sahil" qəzetinə açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev bildirib.

Mirmahmud Fəttayev qeyd edib ki, bütün xalqımız, o cümlədən bütün siyasi partiyalar bu müqəddəs savaşın önündə gedən, Vətən uğrunda canını fəda etməkdən çəkinməyən əsgər və zabitlərimizlə fəxr edir. Əldə etdiyimiz ilkin qələbə münasibətilə Ordumuzu və xalqımızı ürəkdən təbrik edirəm!”.

Şəmsiyyə Əliqızı,
"İki sahil"