22 sentyabr 2020 18:47
800

Mis filizləri və konsentratlarının istehsalı artıb

Yanvar-avqust aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərinin 1728,4 tonu mis filizləri və konsentratlarının payına düşüb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 32,7 faiz artıb.

Sentyabrın 1-nə hazır məhsul ehtiyatı 301 ton təşkil edib.