20 avqust 2019 17:26
797

Misir səfirliyinin atteşesi Bakıda avtomobil qəzasına düşüb

Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin atteşesi avtomobil qəzasına düşüb.

“Report” xəbər verir ki, hadisə Yasamal rayonu, Tibilisi prospektində qeydə alınıb.

Məlumata görə, səfirliyin attaşesi Ahmet Adel Mohammet Fathenin idarə etdiyi səfirliyə məxsus avtomobil Şaiq Müstafayevin sürdüyü “Mercedes”lə toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb.