13 iyul 2019 11:03
97

Misirdə insan haqları ilə bağlı informasiya platforması yaradılıb

Misirdə insan haqlarının vəziyyəti barədə yeni informasiya platforması yaradılıb.

AZƏRTAC xəbər verir ki, portala üç dildə ölkədə insan haqlarının vəziyyəti sahəsində həm lokal və regional, həm də federal səviyyədə məlumatlar daxil edilib.
Bu platformanın yaradılmasında məqsəd tarixi, iqtisadi, mədəni və sosial aspektləri nəzərə almaqla Misirdə insan haqları və azadlıqlarının vəziyyəti barədə məlumatların yayılmasıdır. Bu platforma, həmçinin bu mövzunun Misirin hüdudlarından kənarda siyasiləşdirmək cəhdlərinin qarşısının alınmasına yönəlib.