13 sentyabr 2019 17:02
94

MM-in deputatı: İşğalçı Ermənistana ciddi beynəlxalq təzyiqlər göstərilməlidir

«İşğalçı Ermənistana ciddi beynəlxalq təzyiqlər göstərilməlidir. Əks halda, erməni tərəfi  münaqişənin həllini uzatmaq üçün bütün imkanlardan istifadə etməyə çalışacaq». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib. 

R.Musabəyov bildirib ki, Ermənistan hakimiyyəti  açıq şəkildə münaqişənin həllinə maraqlı olmadığını nümayiş etdirir. Onun sözlərinə görə, beynəlxalq birliyin Ermənistanın bu mövqeyini sükutla qarşılaması təəssüf doğurur.

«İşğalçı dövlətə beynəlxalq dəstək kəsildikdən sonra problemin həlli üçün şanslar yüksələcək. Ümumiyyətlə, bu münaqişənin həllinə beynəlxalq münasibətlər sistemindəki vəziyyət, güc mərkəzləri arasındakı münasibətlər böyük təsir göstərir. Bu güc mərkəzləri arasında gedən geostrateji mübarizənin bir hissəsi isə Qafqaza düşür. Azərbaycan regionun lider dövləti kimi bu bölgədəki proseslərdə mühüm rol oynayır. Ona görə də, beynəlxalq birlik Ermənistanın işğalçı siyasətinə son qoyulması üçün təsirli tədbirlər görməlidirlər»- deyə, deputat qeyd edib.