24 fevral 2020 18:31
1400

MN açıqladı: 6 PKK/YPG-li zərərsizləşdirildi

Suriya ərazisində ikisi səlahiyyətli olmaqla 6 PKK/YPG-li zərərsizləşdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, terrorçuların Suriyanın şimalındakı Tel-Rifatda görüşdükləri barədə məlumat alan Türkiyə Silahlı Qüvvələri Milli Kəşfiyyat Xidməti (MİT) ilə koordinasiyalı əməliyyat keçirib.