20 fevral 2019 13:44
671

MN: Döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilir

Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilir.

"İki sahil" Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırığa görə qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətlərini məşq etdirirlər.

Təlimlərdə HHM bölmələri döyüş atışları icra edəcəklər.