08 fevral 2019 21:28
507

Mobil telefonların qaranlıq üzü

Araşdırmalar nəticəsində, günümüzdə “ağıllı” telefonları olan gənclərin əl, bilək və boyun xəstəliklərində artım olduğu ortaya çıxıb.

Texnoloji vasitələr gənclərdə ciddi xəstəliklərə səbəb olur

Kompyuter, planşet və mobil telefon kimi vasitələrin istifadəsinin artması ilə xəstələrin yaş aralığı azalmışdır. Təxminən 10 il əvvəl bel ağrısı, boyun, əl və bilək narahatlığı ilə müraciət edən xəstələrin əksəriyyətinin yaşı 40 yaşdan yuxarı idisə, hazırda xəstələrin çoxu gənclərdir və bu, gələcəkdə daha böyük problemlərə səbəb ola bilər.

Gün ərzində təxminən 78 dəfə mobil telefonumuza baxırıq

Ölkəmizdə hər 10 müəssisədən 8-inin internet bağlantısına sahib olduğu və “ağıllı” telefon istifadəsi faizinin 90-cı illərdəki statistikadan artıq olduğu ifadə edildi. Gündə orta hesabla 78 dəfə mobil telefonlarımıza baxırıq ki, bu da Avropanın orta göstəricisindən 1,5 dəfə çoxdur. Xüsusilə gənclər, oyandıqdan 15 dəqiqə sonra mobil telefonlarını istifadə etməyə başlayır və bu nisbət ölkəmizin 86%  əhalisində görülür. Mobil telefondan çox istifadə olunması səbəbi ilə gənclərdə duruş pozğunluğu və boyun ağrısı əmələ gəlir. Mobil telefonlarından istifadə zamanı davamlı olaraq boynun əyilmiş vəziyyətdə durması boyun hissəsində  kalsifikasiya, qozbellik, əzələ ağrıları, ürək damar xəstəlikləri kimi narahatlıqların baş verməsində yaş həddi 30dan aşağı düşmüşdür.

Lazımsız istifadə olunmamalıdır

Mobil telefondan istifadə yaşı 10 yaşa qədər endi. Mobil telefon bədəndən mümkün qədər uzaqda istifadə edilməli, ehtiyacdan daha çox və eyni əllə istifadə edilməməlidir. Bel və boyun problemləri gələcəkdə qalıcı ola bilər və bu problemlər əməliyyat üçün zərurət yarada bilər. Təəssüf ki, gənclərimiz bu mövzuya qarşı laqeyd yanaşırlar.

Röya Rasimqızı