19 sentyabr 2019 16:19
887

Moldova gimnastı: "Bakı möhtəşəm şəhərdir"

Biz dünya çempionatına uzun müddət və səylə hazırlaşmışıq.

Milli.Az bildirir ki, bunu Trend-ə Moldova gimnastı Darya Kuznetsova deyib.

O, Azərbaycana ilk dəfə gəldiyini deyib:

"Komandamızdakı qızlar isə artıq burada olublar. Səfərdən əvvəl onlar danışırdı ki, Milli Gimnastikası Arenası çox gözəldir, burada məşq etmək rahatdır. Bakıya gələndə, doğrudan da bu cür olduğunu gördüm. Bakı möhtəşəm şəhərdir".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.