06 sentyabr 2019 15:41
233

Moldova Prezidentindən sərnişin təyyarəsində qeyri-adi jest

Moldova Prezidenti İqor Dodonun uçduğu sərnişin təyyarəsində etdiyi davranış sərnişinlərin rəğbətinə səbəb olub.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Brüsseldən səfərdən qayıdan İ.Dodon Barselonadan tranzit keçməklə, daha yaxın məsafəni qət etmək məqsədilə sərnişin təyyarəsindən istifadə edib.

Təyyarənin salonunda bələdçinin əvəzinə sərnişinləri salamlayan Moldova Prezidenti insanların alqışları ilə qarşılaşıb.