18 mart 2020 13:19
508

Moldovada koronavirusdan ilk ölüm faktı qeydə alınıb

Moldovada yeni növ koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Moldovanın Səhiyyə naziri Viorika Dumbrevyanu məlumat yayıb. 61 yaşlı qadın martın 18-nə keçən gecə Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib. Həkimlər 4 gün onun həyatını xilas etməyə çalışsa da, mümkün olmayıb.

Qeyd edək ki, vəfat edən qadın İtaliyada koronavirusa yoluxub.

Xatırladaq ki, Moldovada koronavirusa yoluxanların sayı 30-a çatıb. Ölkədə iki ay müddətinə fövqəladə vəziyyət elan edilib.