25 iyun 2020 16:17
1035

"Monako" 14 futbolçu ilə yolları ayırdı

Fransanın "Monako" futbol klubu 14 futbolçu ilə yolları ayırıb.

“İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, ”Monako” müqaviləsi başa catan 11 futbolçu ilə yanaşı, icarəsi sona çatan 3 oyunçu ilə də  ayrıldıqlarını rəsmən bildirib. Monaka ilə yollarını ayıran futbolçular bunlardır:

Sözləşməsi başa catan oyunçular: Diego Benagilo, Seydou Sy, Moussa Sylla, Safvan Mbae, Nordine İbouroi, Theo Louis, Oven Maes, Kevin Appin, Jordy Gaspar, Pierre Nguinda, Yannis Ngakoutou.

İçarəsi başa çatan oyunçular: İslam Slimani, Adrien Silva, Tiemoue Bakayoko.