29 sentyabr 2020 22:22
835

Monteneqro yığması heyətini açıqladı

Monteneqro yığması Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və Lüksemburqa qarşı keçiriləcək oyunların heyətini açıqlayıb.

"İki sahil" Apasport.az-a istinadla bildirir ki, baş məşqçi Faruk Hadjibeqiç müvafiq olaraq oktyabrın 10-da və 13-də baş tutacaq qarşılaşmalara 23 oyunçu dəvət edib.

Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçılar: Daniyel Petkoviç ("Anje", Fransa), Milan Miyatoviç (MTK, Macarıstan), Matiya Şarkiç ("Vulverhempton", İngiltərə)

Müdafiəçilər: Stefan Saviç ("Atletiko", İspaniya), Marko Şimiç ("Liepaya", Latviya), Zarko Tomaşeviç ("Astana", Qazaxıstan), Adam Maruşiç ("Latsio", İtaliya), İqor Vuyaçiç ("Partizan", Serbiya), Momkilo Raspopoviç ("Riyeka", Xorvatiya)

Yarımmüdafiəçilər: Nikola Vukçeviç ("Levante", İspaniya), Vladimir Yovoviç ("Yablonets", Çexiya), Aleksandar Şçekiç ("Partizan", Serbiya), Marko Yankoviç ("Spal", İtaliya), Neboyşa Kosoviç ("Kayrat", Qazaxıstan), Aleksandar Boljeviç ("Standard", Belçika, Marko Bakiç, Deni Hoçko (hər ikisi "Muskron", Belçika), Sead Hakşabanoviç ("Norrçepinq", İsveç), Vukan Saviçeviç ("Samsunspor", Türkiyə)

Hücumçular: Fatos Beçiray ("Visla", Polşa), Stevan Yovetiç ("Monako", Fransa), Stefan Muqoşa ("İnkon Yunayted", Cənubi Koreya), Dino İslamoviç ("Rusenborq, Norveç).

Qeyd edək ki, hər iki oyun Monteneqronun Podqoritsa şəhərində keçiriləcək.