20 may 2019 20:45
787

Moskva ətrafında “zapravka” partlayıb, ölənlər var

Moskvaətrafında yerləşən Serpuxov şəhərində yanacaqdolduma məntəqəsində qaynaq işləri aparılan zaman partlayış olub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə region üzrə FHN nümayəndəsi Fyodor Polşin bildirib.

Qaynaq işləri boş ərazidə aparılsa da, partlayış baş verib. Nəticədə 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.