14 yanvar 2021 19:15
235

Moskva görüşü Qazaxıstan mətbuatının da diqqət mərkəzində olub

Qazaxıstan mətbuatı yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Moskvada keçirilən üçtərəfli görüş barədə ətraflı informasiyalar yayıb.

"İki sahil" xəbər verir ki, “informburo.kz”, “ea-news.kz” saytlarının və “24.kz” telekanalının yaydığı xəbərlərdə görüş zamanı müzakirə olunan məsələlərə və qəbul edilən üçtərəfli bəyanata xüsusi diqqət yetirilib.

Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin görüşün bölgənin daha da davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün çox vacib olduğunu vurğuladığı diqqətə çatdırılıb.

Həmçinin bildirilib ki, Rusiya dövlət başçısının vasitəsilə keçirilən Moskva görüşündə Azərbaycan və Ermənistan Qarabağın bərpası, kommunikasiyaların açılması ilə bağlı yeni addımların atılması barədə razılığa gəliblər.