07 iyul 2020 10:01
769

Moskva şirkətləri ilə onlayn fərdi görüşlərdə iştirak edin 

Rusiya Federasiyasının “Biznes-Geometriya” İşgüzar Əməkdaşlıq Mərkəzi tərəfindən 13-17 iyul tarixlərində “Moskva və Moskva vilayətinin qida sektorunun ixrac potensialının inkişafı” mövzusunda onlayn tədbir keçiriləcək.

"İki sahil" xəbər verir ki, tədbir çərçivəsində təşkil olunacaq “B2B” müzakirələrə ölkəmizin qida sektorunda fəaliyyət göstərən müəssisələr dəvət olunur.

Onlayn tədbirdə iştirak etmək istəyən müəssisələr bu keçidə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

“Zoom” platforması üzrərindən təşkil olunacaq tədbir çərçivəsində Moskva şirkətlərinin təqdimatı, dəyirmi masa və Azərbaycan-Rusiya iş adamları arasında fərdi “B2B” görüşlər təşkil olunacaqdır.