01 dekabr 2020 01:05
650

Moskvada koronavirusa yoluxanların sayı 600 mini keçib

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 76 nəfər dünyasını dəyişib.

"İki sahil" “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 8978-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 605,7 mindən çox insanda koronavirus aşkar olunub, 452,2 min xəstə isə müalicə olunaraq sağalıb.