27 iyun 2020 13:09
204

Moskvada koronavirusdan 3 714 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada sutka ərzində koronavirus infeksiyasına yoluxan daha 20 xəstə ölüb.

Trend-in məlumatına görə, bu barədə paytaxt koronavirusla ilə bağlı vəziyyətə nəzarət və monitorinq üzrə operativ qərargahından bildirilib.

Bildirilib ki, Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 20 xəstə dünyasını dəyişib.

Ümumilikdə şəhərdə koronavirusdan 3 714 nəfər ölüb.

Son məlumatlara əsasən, Moskvada koronavirusa 218 mindən artıq insan yoluxub, onllardan 144 min nəfəri sağalıb.