07 iyul 2020 15:21
1093

Mourinyo 200-ə çatdı

İngiltərənin "Tottenham" futbol klubunun  baş məşqçisi Joze Mourinyo üçün İngiltərə Premyer Liqasının 33-cü turunda Everton-a 1:0 hesabı ilə qalib gəldikləri oyun əlamətdar olub.

"İki sahil” goal.az-a istinadən xəbər verir ki, bu görüşlə portuqaliyalı mütəxəssis İngiltərə Premyer Liqasında 200-cü qələbəsini qazanıb. O, Aleks Fergüsson, Arsen Venger, Harri Rednapp, Devid Moyesdən sonra 200-cü qələbə səddinə çatmağı bacaran 5-ci məşqçi olub.

Məşqçilər arasında Mourinyo matç sayına 200-cü qələbəsini (326 oyunda) təkcə Fergüssondan (322) gec qazanıb.