10 fevral 2020 16:36
536

MSK deputatlığa namizədin vəkilinin ölməsinə münasibət bildirib

101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı hələlik konkret fikir bildirmək çətindir.

Bunu fevralın 10-da jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bildirib.

R.Qasımov deyib ki, bütün bu məsələlər araşdırılacaq və bu barədə məlumatlar, ilk növbədə, KİV-lərə çatdırılacaq.

Sədr müavini onu da qeyd edib ki, ümumilikdə seçki prosesi rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib. Ancaq milyonlarla insanın cəlb edildiyi prosesi neqativ hallar olmadan təsəvvür etmək mümkün deyil. Ən vacibi hər hansı neqativ halın baş verib-verməməsi deyil. Ən vacibi odur ki, hər hansı xoşagəlməz hal olan zaman ona adekvat cavab göstərilsin, müvafiq tədbir görülsün. MSK da bu addımları atacaq. //AZƏRTAC