09 fevral 2020 16:14
638

MSK seçkilərin demokratik və şəffaf şəkildə keçirilməsi üçün böyük işlər görüb

Qazaxıstanın aparıcı yerli KİV-də Azərbaycanda keçirilən parlament seçkilərini diqqət mərkəzində saxlayır.

Ölkənin “inform.kz”, “turkistan.today” internet saytlarında dərc olunan məqalələrdə Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin ölkəmizdə keçirilən parlament seçkilərində səs verdikləri, deputatlığa namizədlər üçün bərabər imkanların yaradıldığı, seçicilərin öz namizədlərinə sərbəst səs vermələri üçün bütün şəraitin təmin olunduğu bildirilir.

Digər yerli xəbər saytlarında qeyd olunur ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası seçkilərin demokratik və şəffaf şəkildə keçməsi üçün böyük işlər görüb. //AZƏRTAC