Ötən il Müdafə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən 9.4 mln manat məbləğində mülki və ya ya ikili məhsullar istehsal edilib.
“İki sahil” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.
Bildirilib ki, bu rəqəm əvvəlki illərlə müqayisədə 3.0 % çoxdur.
Hesabat dövründə ixrac üçün istehsal edilmiş məmulatların həcmi kooperasiya nəzərə alınmaqla, 263.2 mln manat, o cümlədən mülki məhsullar üzrə 2.0 mln manat təşkil edib.
Bu da əvvəlki illərlə müqayisədə ümumi ixrac üzrə 31.5 %( o cümlədən mülki məhsullar üzrə 17.6 %) çoxdur.