06 dekabr 2019 16:13
710

Müdafiə Nazirliyi ağacəkmə aksiyasında iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, idarə və təşkilatları da qoşulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təbiətin qorunmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına və ətraf mühitin mühafizəsinə kömək məqsədilə keçirilən ağacəkmə kompaniyasında Müdafiə Nazirliyinin rəhbərliyi də iştirak edib.

Azərbaycan Ordusunun hərbi hissələrində təşkil olunan aksiyada müxtəlif ağac növləri əkilib.