02 may 2019 18:11
777

Müəllim uşağı diz çökdürüb, torpağı öpdürdü -  VİDEO

Rusiyanın Krasnodar vilayətində bağça müəlliminin şagirdə qarşı kobud davranışının görüntüləri yayılıb.

"İki sahil" Femida.az-a istinadən xəbər verir ki, görüntülərdə müəllim uşaqdan zorla diz çökməsini və əyilib yeri öpməsini istəyir. Buna səbəb isə məktəblinin "mən Rusiyanı sevmirəm" deməsidir.

Uşaq müəllimin dediyini etmək istəməsə də, qadın müəllimə uşağı zorla diz çökdürür və torpağı öpməsini əmr edir:

"Dizlərinin üzərinə çök! Yeri öp! Yeri öp dedim, əclaf!"

Görüntüləri təqdim edirik: