2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi davam edir.
"İki sahil" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, ümumtəhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılan
müsabiqəyə elektron müraciət edənlərin sayı 600 nəfəri ötüb. Müraciət edənlər arasında ümumtəhsil fənn müəllimi vakansiyalarına daha çox maraq müşahidə olunur.
Qeyd edək ki, sözügedən müsabiqə üzrə müraciətlərin qeydiyyatı https://portal.edu.az/ elektron portalı vasitəsilə həyata keçirilir. Proses 1 oktyabr tarixinədək davam edəcək.